Bu gün saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Naftalan, Goranboy, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Yardımlı, Lerik, Lənkəran, Astara, Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda fasilələrlə yağış yağır. pizza
Göygöl, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağması müşahidə olunur.
Daşkəsən, Göygöl, Balakən, Qax Şəki, Qəbələ, Oğuz və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Telegram kanalımız