Azərbaycanın bu bölgəsində 7 saat internet kəsilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu bölgəsində 7 saat internet kəsilib

İqtisadiyyat

29 İyul 2019 11:22 2277


Balakən rayonunda 7 saat müddətində internet olmayıb. 

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. 

O, bildirib ki, hansısa bir avadanlıqda və ya rabitə xəttində baş verən problem ucbatından gömrük, bank, onlayn bilet satışı sistemləri və s. sahələr yenidən iflic vəziyyətinə düşüb. pizza hut

O qeyd edib ki, dayanıqlı İnternet və telekommunikasiya xidmətləri ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin açıqlamaları reallığı əks etdirmədiyini düşünür: 

”Belə görünür ki hökumət 2015-ci il 16 Noyabrda Azərbaycan İnternetində baş verən hadisədən yetərincə nəticə çıxarmayıb. Yenə də informasiya və data mübadiləsi üçün alternativlik yoxdur, düzgün texniki siyasət aparılmır. İnformasiya təhlükəsizliyi üçün təhdidlər qalır”.

Onun sözlərinə görə, NRYTN-nin bəzi bölgələrə ümumiyyətlə fiber-optik magistral xətlər çəkmədiyi indi məlum olur: “Təsəvvür edin ki, NRYTN inhisarçılıqda saxladığı internet xidmətlərini DeltaTelecoma məxsus infrastruktur üzərindən təqdim edirmiş.

Bu bölgədə də digər özəl provayderlərin müştəriləri Aztelekom tərəfindən sadəcə "oğurlanıb".

Həmin müddətdə Azercell dövlət mobil operatorunun da mobil interneti işləməyib. Digər operatorlar isə normal fəaliyyət göstərib”.

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!