Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisdə qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisdə qızıl medal qazandı

İdman

16 May 2023 00:41 891


Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunis şəhərində keçirilən Afrika çempionatında qızıl medal qazanıb.

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb.

Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb. Dominos pizza

Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub.

Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında erməni təxribatı görə iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançıların Tunisdə əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!