Azərbaycanın FIFA referiləri Konfrans Liqasına təyinat aldılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın FIFA referiləri Konfrans Liqasına təyinat aldılar

İdman

15 Avqust 2025 22:25 328


Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-dan yeni təyinat alıblar.

Yenisabah.az xəbər verir ki, hər iki hakim Konfrans Liqasının oyunlarını idarə edəcək.

Ə.Ağayev pley-off mərhələsində Slovakiyada Ukraynanın "Polesye" və İtaliyanın "Fiorentina" komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Sezar pizza

E.Məsiyev isə Sloveniyada "Selye" ilə Çexiyanın "Banik Ostrava" komandasının matçını idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, matçın dördüncü hakimi isə Fərid Hacıyev olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma avqustun 21-də keçiriləcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!