Azərbaycanın Gürcüstan gömrüyündə saxlanılan yük avtomobilləri sərbəst buraxıldılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Gürcüstan gömrüyündə saxlanılan yük avtomobilləri sərbəst buraxıldılar

Hadisə

26 Noyabr 2025 22:44 724


Batumidə və Tbilisidə 20 gündən artıq saxlanılan Azərbaycana aid yük avtomobillərinin problemi həll edilib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə yük avtomobillərindən birinin sürücüsü Aslan Kərimov məlumat verib.

O bildirib ki, artıq praktiki proseslər başlayıb: Toyuqlu pizza

"Hazırda gömrükdə saxlanılan Azərbaycan maşınlarının yükləri keçid üçün hazırlanır. Batumi və Tbilisi terminallarında vəziyyət normallaşmağa başlayıb".

Sürücünün sözlərinə görə, bu, təkcə tütün yükləri ilə bağlı deyil, ərazidə gözləyən digər yük maşınları da buraxılışa hazırlanır:

"Artıq proses başlayıb. Təkcə tütün deyil, digər bütün yük maşınlarını da buraxılışa hazırlayırlar. Görünür, məsələ artıq yoluna qoyulur. Avtomobillərə vurulan möhürlər açılıb və onlar sabah səhərdən yola düşəcəklər".

Həm Azərbaycanın Gürcüstandakı səfirliyi, həm də Gürcüstanın əlaqədar qurumları məsələnin operativ həll olunduğunu təsdiqləyirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!