Azərbaycanın iki jurnalistinin həyatı təhlükədə -   İranda hədəf göstərildilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın iki jurnalistinin həyatı təhlükədə - İranda hədəf göstərildilər

Hadisə

12 Yanvar 2026 11:37 1049


İran mühafizəkarlarına bağlı saytlar və şəxslər Azərbaycanın iki jurnalisti - İTV-nin əməkdaşı Nigar Sabirqızı və “Prime TV və “Günaz TV” internet kanallarının aparıcısı Rusif Məmmədsoyla bağlı təxribatçı şəkillər və statuslar dərc olunub.

“Yeni Sabah” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, sözügedən məsələ ciddi araşdırılmalı və lazımi reaksiya verilməlidir: Dominos pizza

“Nigar Sabirqızı və Rusif Məmmədsoyla bağlı təxribatçı paylaşımlar qarşıma çıxdı. Başqaları da hədəf seçilə bilər. Bu, olduqca təhlükəli məsələdir. Əgər müəyyən edilsə ki, bu təxribatları yayanlar İrandan idarə olunur, ciddi reaksiya verilməlidir. Məsələn, nota kimi. Yox əgər Azərbaycan daxilində İran rejimini dəstəkləyən qüvvələr tərəfindən belə bir addım atılıbsa, onların da müəyyən edilməsinə ehtiyac var. Bu birbaşa olaraq, cinayət əməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!