Azərbaycanın İrandakı səfiri və İqtisadi Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Əli Əlizadə Tehranda qurumun yeni baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“İƏT-nin yeni baş katibi Əsəd M. Xan ilə görüşməkdən şadam. Biz İƏT-nin rolunun daha da gücləndirilməsi, eləcə də Azərbaycanla fəal əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, - Ə.Əlizadə yazıb. pizza hut
Səfir həmçinin yeni baş katibə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Telegram kanalımız