Azərbaycanın koronavirusla nümunəvi mübarizəsi Türkiyə mediasında - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın koronavirusla nümunəvi mübarizəsi Türkiyə mediasında - Video

Sosial

09 Aprel 2020 21:23 786


Azərbaycan hökumətinin yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılması ilə mübarizə tədbirləri çərçivəsində gördüyü işlər qonşu ölkələrin diqqət mərkəzindədir.

Yenisabah.az xəbər verir ki, Türkiyənin “Haber Global” kanalı ölkəmizdə görülən işlərdən bəhs edən süjet hazırlayıb və bu tədbirləri digər ölkələr üçün nümunəvi olaraq səciyyələndirib.

Süjetdə xüsusi karantin rejimi dövründə əhalinin küçəyə çıxma qaydaları və bunun üçün tətbiq olunan SMS icazə sistemindən məmnunluqla bəhs edilib. Marqarita pizza

Bundan əlavə, Prezident İlham Əliyevin tapşırığı ilə sahibkarlara edilən maliyyə dəstəyi, ölkədə koronavirusla mübarizə üçün xüsusi xəstəxananın tikintisi, tibbi maska zavodunun fəaliyyətə başlaması və digər hallar diqqət mərkəzinə gətirilib.

Süjetdə həmçinin qeyd olunub ki, Azərbaycanda həm xəstə sayının, həm də bu xəstəlikdən vəfat edənlərin az olması bilavasitə bu tədbirlərin nəticəsidir. 

Sözügedən xəbəri təqdim edirik:

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!