Azərbaycanın minifutbol yığması dünya çempionatına vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın minifutbol yığması dünya çempionatına vəsiqə qazandı

İdman

15 İyun 2022 22:18 1004


Minifutbol üzrə Azərbaycan millisi komandası dünya çempionatına vəsiqə qazanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Elşad Quliyev açıqlama verib.

Mütəxəssis ilk dəfə mundialda çıxış edəcəklərini bildirib: "Avropa çempionatında 1/4 finala çıxan komandalar dünya çempionatına vəsiqə əldə edirlər. Mundialda Avropa ölkələrinə cəmi 8 yer verilir. Onlardan biri bizik. Çox sevincliyik". pizza hut

O, dünya çempionatının 2023-cü ilin yanvarında və ya avqustunda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini söyləyib: "Qarşıdakı 10 gün ərzində yekun qərar veriləcək. Dünya çemionatına hazırlaşacağıq. Cənab Prezident də dedi ki, uğurlu çıxışı dayandırmaq olmaz. Bildirdi ki, Azərbaycan xalqı sizdən daha böyük qələbələr gözləyir"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!