Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.
Diqqətçəkən əsas məqam isə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”sidir. Bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Bundan başqa, Özbəkistan Azərbaycanın Türkiyədən sonra ikinci rəsmi müttəfiqi statusunu aldı.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Azərbaycanın növbəti rəsmi müttəfiqi də bir türk dövləti olacaq: pizza sifarişi
“Prinsip etibarilə Özbəkistan-Azərbaycan münasibətləri son illərdə yüksək səviyyəyə çatmışdı. Yəni iki ölkənin müttəfiq olması an məsələsi idi. Nəticə etibarilə bu baş tutdu. Türkiyə və Özbəkistandan sonra üçüncü rəsmi müttəfiqimizin Qazaxıstan olması mümkündür. Astana-Bakı münasibətləri də yüksək səviyyədədir. Yəni Türkiyə və Özbəkistanın ardınca Qazaxıstan da Azərbaycanla müttəfiqlik haqqında saziş imzalaya bilər”.
Politoloq qeyd edib ki, uzaq perspektivdə Qırğızıstan və Türkmənistanın da analoji şəkildə ölkəmizlə bənzər müqavilələr imzalaması mümkündür:
“Əslində, Şuşa Bəyannaməsi fonunda digər türk dövlətlərinin də Bakı ilə münasibətləri müttəfiqlik səviyyəsinə çatdıracağı bəlli idi. Düzdür, Qırğızıstan və Türkmənistanla bənzər müqavilənin imzalanması bir az vaxt apara bilər. Bununla belə gec-tez bu da baş tutacaq. Prosesin sonunda isə TDT-nin vahid xartiyasının imzalanması mümkün görünür. Yəni “Türk Respublikaları arasında müttəfiqlik münasibətləri haqqında müqavilə” imzalana bilər”.
Nazim Hacıyev
Telegram kanalımız