Azərbaycanın rayonlarında metro tikilir? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın rayonlarında metro tikilir? - Açıqlama

Rəsmi

22 Yanvar 2020 05:04 1651


Hazırda "Bakı Metropoliteni"nin qarşısında duran əsas tapşırıq paytaxtda yeni stansiya və xətlərin tikintisidir.

“Yeni Sabah” xəbər verir ki, bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metropolitenin yaxın gələcək planları ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, 2020-ci il ərzində Bakıda yeni metro stansiyasının işə düşməsi gözlənilir: Marqarita pizza

"Hazırda "B 3" stansiyasının əsas tikinti işləri başa çatıb. Stansiyanın qatar yolu hazırdır və mərmər döşənməsi işləri gedir. İşlər qaydasında gedərsə, "B 3" stansiyası il ərzində sərnişinlərin istifadəsinə veriləcək".

B.Məmmədov deyib ki, regionlarda metro stansiyalarının tikintisi barədə "Bakı Metropoliteni"ndə heç bir müzakirə aparılmır: "2011-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi" təsdiqlənib. Bu sənədə əsasən ölkənin digər regionlarında metro stansiyalarının tikintisi planlaşdırılmır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!