Azərbaycanın seçici sayında REKORD 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın seçici sayında REKORD 

Siyasət

07 Avqust 2024 09:26 567


Sentyabrın 1-də Azərbaycan növbədənkənar parlament seçkiləri keçiriləcək. Qanunvericiliyə görə, 18 yaşı tamam olmuş hər kəs aktiv seçki hüququna malikdir. Yəni seçki günü yaşı 18-dən yuxarı olan hər kəs səs verə bilər. Məcəllədə bildirilir ki, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdur. 

Yenisabah.az-ın məlumatına görə, budəfəki parlament seçkilərində Azərbaycanda seçicilərin sayı rekord həddə çatıb. 

Belə ki, 2024-cu il iyunun 28-nə olan məlumata əsasən, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var.  pizza

Sonuncu parlament seçkilərində seçici siyahılarına 5.4 milyon nəfərə yaxın şəxsin adı daxil edilmişdi. Beləliklə, sonuncu parlament seçkiləri ilə müqayisədə bu il seçicilərin sayı təxminən 18 faiz artıb. 

Ölkəmizdə ilk prezident seçkiləri 1991-ci ildə keçirilib. Həmin seçkilərdə Azərbaycanda 3.6 milyon seçici qeydiyyatda olub. Son 32 ildə Azərbaycanda seçicilərin sayı 1.7 dəfə çoxalıb. 

1992 və 1993-cü illərdə keçirilən prezident seçkiləri zamanı seçicilərin sayı 4 milyondan bir qədər artıq olub. 2013-cü il seçkilərinə qədər seçicilərin sayı 5 milyona qədər artıb və həmin il keçirilən prezident seçkilərində 5.2 milyon nəfərə çatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!