Azərbaycanın şimalına güclü qar yağdı: Maşınlar yollarda qaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın şimalına güclü qar yağdı: Maşınlar yollarda qaldı

Rəsmi

03 Yanvar 2020 05:01 4652


Qarlı hava şəraiti ölkənin şimal rayonlarından paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

“Yeni Sabah” xəbər verir ki, Qusar və Quba rayonlarından üzü Bakı istiqamətində avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur. (Trend)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur. Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi sürücülərə yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi. pizza hut

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən ölkədə yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozu verilmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!