Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizə başlayıb.
Yenisabah.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçi olduğu kollektiv 8-ci qrupdakı ilk matçında Belçika yığması ilə qarşılaşıb. Lüksemburqun Vilts şəhərindəki "Poetz" stadionunda keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin heyətində yeganə qolu 27-ci dəqiqədə Mahmud Ağayev vurub. Qonaqlardan Yohan Bakayoko, Tur Rommens, Mario Stroykens, Luka Oyen fərqləniblər. Digər qolu isə Süleyman Damadayev öz qapısından keçirib. Marqarita pizza
Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 16-da meydan sahibi olan Lüksemburqa qarşı keçirəcək./Report
Telegram kanalımız