Azərbaycanın veteran cüdoçuları dünya çempionatını 8 medalla başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın veteran cüdoçuları dünya çempionatını 8 medalla başa vurdu

İdman

24 Oktyabr 2021 21:50 871


Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Məlumata görə, mötəbər yarışın sonuncu günündə cüdoçularımız daha 3 medal qazanıblar. Təmsilçilərimizdən Məmməd Məmmədov (M-2, 73 kq) gümüş, Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) isə bürünc medala yiyələniblər. Dominos pizza

Xatırladaq ki, çempionatın əvvəlki günlərində komandamızın üzvləri Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı dünya çempionatında Azərbaycan 15 cüdoçu ilə təmsil olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!