Azərbaycanın veteran idmançısı vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın veteran idmançısı vəfat etdi - Foto

İdman

29 Yanvar 2023 16:02 1302


Azərbaycanın veteran bədii gimnastı Svetlana Senatorova 88 yaşında dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

"20 dekabr 1935-ci ildə anadan olan S. Senatorova pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının Əməkdar müəllimi, SSRİ idman ustası, SSRİ çempionatının bürünc medalçısı (qrup hərəkətləri üzrə), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, uzun illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası kafedrasının dosenti olub. pizza mizza

Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir və onlara səbr diləyir.

Allah rəhmət eləsin!" - məlumatda deyilir.Bir 1 nəfər şəkili ola bilər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!