Azərbaycanlı aparıcının anası koronavirusa yoluxdu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı aparıcının anası koronavirusa yoluxdu - FOTO

Sosial

06 İyul 2020 09:55 939


Aparıcı Pərvin Əsgərlinin anası koronavirusa yoluxub. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda Pərvinin özü xəbər verib: "Bu gün səhər anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım. Anam da COVİD-19 dan əziyyət çəkir. Neçə gündür ki, evdə müalicə etdiririk. Evdə inqalyasiya aparatı ilə yatıb-durur. Amma yenə də nəfəs almaqda əziyyət çəkir. Bu zəhrimar nəfəs onu da sınağa çəkir.

Əgər hələ də inanmayanlar varsa, lütfən inanın. Ən doğmam, anam bu dəqiqə ölüm-dirim savaşı verir. Allah onu mənə çox görməsin. Bəli, böyük əksəriyyət ayaqüstə keçirir, amma bir qisim insan ən ağır simptomlarla mübarizə aparır. pizza hut

Ən yaxşı halda qalıcı fəsadlar. Ən pis halın adını dilimə belə gətirmək istəmirəm. Amma istəklərin bir önəmi artıq qalmayıb. Səhhətimizə və ətrafımıza biganəliyimiz sonumuz ola bilər!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!