Azərbaycanlı “əsgər” Qarakilsədə... - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı “əsgər” Qarakilsədə... - Video

Hadisə

10 Aprel 2023 13:19 3918


Erməni mediası guya “azərbaycanlı əsgərin” Ermənistan ərazisində olduğu barədə video paylaşır.

Bir evdən çəkilən videoda azərbaycanlı olduğu bildirilən şəxsin 3 gündür azaraq, Ermənistan ərazisində olduğu, “ağacda yatdığı”, ac olduğunu deyir.

Erməni sosial şəbəkə istifadəçiləri onun “hərbi formada” olduğunu qeyd etsə də, videodakı şəxsin mülki geyimdə olduğu görünür. pizza hut

Qeyd edək ki, bundan öncə “hərbi formada olan” azərbaycanlının Qarakilsədə evlərdən birinə girdiyi, erməni sakinlə ermənicə danışdığı, sonra yoxa çıxdığı və erməni polisi tərəfindən saxlandığı iddia edilmişdi.

Videoda isə azərbaycanlının ermənicə danışa bilmədiyi, hərbi formada olmadığı, yoxa çıxmadığı görünür... /Axar.az 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!