Azərbaycanlı həkim yoxa çıxdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı həkim yoxa çıxdı - Foto

Hadisə

01 Noyabr 2021 22:42 1231


Almaniyada yaşayan azərbaycanlı həkim Toğrul Cəfərli itkin düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Kriminalqafqaz”a həkimin həyat yoldaşı Ülkər Qaçayeva məlumat verib. O bildirib ki, T.Cəfərli oktyabrın 27-də Macarıstandan Frankfurta eniş edib və həmin andan etibarən onunla əlaqə kəsilib:

“Mənə demişdi ki, “layihələrim var, Macarıstanda investorlar tapmışam”. Macarıstana gedib bir gün orada qaldı və yenidən Frankfurta qayıtdı. Mənimlə sonuncu dəfə oktyabrın 27-də danışıb. Hava limanına eniş edəndən sonra hara getdiyi bilinmir. Həmin gün mən Bakıda idim. İki gün xəbər ala bilmədiyim üçün dərhal Almaniyaya getdim. Ailə üzvünün müraciəti olmadan polis məsələyə baxmırdı. Polisin araşdırmasına görə, Frankfurt hava limanına eniş edib və heç bir hava şirkəti ilə Almaniyadan çıxış etməyib”. pizza

Qeyd edək ki, T.Cəfərli Almaniyanın Lor am Mayn şəhərində həkim-psixiatr olaraq çalışır. Son zamanlar ağır rejimdə işlədiyi üçün yuxusuz qaldığı və psixoloji gərginlik keçirdiyi bildirilir. Məsələ ilə bağlı Almaniya hüquq-mühafizə orqanlarına müraciət olunsa da, hələ ki, onun tapılması mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!