Rusiya Premyer Liqasında çıxış edən "Ximki" klubuna transfer qadağası qoyulub.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.
Qərar qurumun Mübahisəli Məsələlərin Həlli Palatasının iclasında qəbul edilib. Pepperoni pizza
Klub "Joint Industries Limited Partnership" şirkəti qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün bu sanksiya ilə üzləşib. "Ximki" üzərinə götürdüyü şərtlərə əməl etsə, qadağa ləğv oluna bilər.
Qeyd edək ki, "Ximki" klubunun səhmdarı azərbaycanlı iş adamı Tufan Sadıqovdur. AFFA-nın milliyə cəlb etmək istədiyi Ayaz Quliyev də hazırda bu komandada çıxış edir.
Telegram kanalımız