Azərbaycanlı rəqqaslar Türkiyədə oturacaqlarda yatmalı oldu - Festivalda skandal

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı rəqqaslar Türkiyədə oturacaqlarda yatmalı oldu - Festivalda skandal

Şou

29 Avqust 2019 15:34 1096


Türkiyənin Antalya şəhərində keçirilən V Beynəlxalq Folklor Festivalında iştirak edən Azərbaycanın folklor rəqs qrupunun üzvləri çətin anlar yaşayıblar. 

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Kəpəz Bələdiyyəsinin təşkilatçılığı ilə bir çox ölkənin iştirak etdiyi festivala qatılan rəqqaslarımıza oteldə yer tapılmayıb. 

Azərbaycan iştirakçıları ilk gecəni oteldə yox, Ərdəm Bəyazit Mədəniyyət Mərkəzində keçiriblər. Mədəniyyət Mərkəzində 1 gecə qonaqlayan vətəndaşlarımız yerlərdə və oturacaqlarda yatıblar. pizza

Baş verənlərə səbəb kimi, folklor rəqs qrupunun Antalyaya təyin olunan vaxtdan 1 gün öncə gəlmələri göstərilib.

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!