Azərbaycanlılar spirtli içki və siqaretə xəsislik etmir - 1 mlrd. manat

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar spirtli içki və siqaretə xəsislik etmir - 1 mlrd. manat

Sosial

13 May 2025 17:19 260


2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılar içki və tütün məmulatlarına 902.9 mln. manat xərcləyib.

Yenisabah.az "APA-Economics"ə istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,3% artıb. pizza

Cari ilin təkcə aprel ayında sözügedən göstərici 231.8 mln. manat təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!