Azərbaycanlıların ixtira etdiyi velosipedə sponsor tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıların ixtira etdiyi velosipedə sponsor tapıldı

Sosial

09 Mart 2019 17:48 1108


“Patenti almışıq. Lakin velosipedi  hazırlayanda onun  bütün dişli çarxları, ötürmələr millimetrin onda biri qədər  dəqiqliklə çertyojda hazırlanmalıdır. Onun qabaq və arxa tərəfində fırlanmada  bir balaca fərq olsa  sistemi dağıda bilər”. 

Bu sözləri “Yeni Sabah” açıqlamasında velosiped ixtiraçılarından biri, AMEA-nın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov  deyib.Onun sözlərinə görə, bu, o qədər də asan iş deyil:

“Bir şirkət  sponsor olaraq 1500 manat verəcəklərini deyiblər. Sonra satış olsa, yəqin ki, müqavilə bağlamalıyıq. Hazırda işçi çertyojları hazırlayırıq. Onun 30-40-a qədər çertyojları olmalıdır.Üzərində işləmək üçün müvafiq velosipedi 300 manata almışıq. Adi velosipeddir, onun üzərində ötürmələri  qururuq. 1-2 aya başa gələcək iş deyil. Heç olmasa 4-5 ay çəkəcək. Çertyojları iki aya təhvil verə bilərik. Yığılandan sonra yoxlama versiyaları getməlidir.  Amerika belə velosipedlər istehsal edir və 6 min avroya satır. Bunu zavod hazırlayacaq. Konkret deyə bilmərəm ki, nə vaxta hazırlayar. Ən çoxu yarım il hesablamaq olar. Sinxronlaşma dəqiq olmalıdır. Elə bir şeydir ki, qabaq və arxa təkər eyni sürətlə fırlanmalıdır. Orada fərq ola bilməz. Bundan başqa çox sürətli hissəni işləyirik. Patent aldığımız əvvəlki versiyada təkərlər əzələ qüvvəsi ilə fırlanırdı. Ancaq indiki versiyada tam ötürməlidən çıxandan sonra idman velosipedi kimi maksimal sürət götürməyi bacarmalıdır. Ona görə velosipeddə 8 sürət qoyuruq. İndi sürətlər qutusunun üzərində işləyirik. Adı balaca olsa da, özü çox çətin işdir”. pizza

Qeyd edək ki,  azərbaycanlı alimlərin ixtira etdiyi tam ötürməli velosiped cəmiyyət tərəfindən maraqla qarşılanmış, hətta tənqidlərə səbəb olmuşdu. Velosipedin digər ixtiraçılarından biri “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamovdur.  

Əsmər Qabil

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!