Azercell 4G Naxçıvanda!

saytların hazırlanması

Evə çatdırılma

Azercell 4G Naxçıvanda!

Rəqəmsal

19 Yanvar 2023 18:12 3008


“Azercell Telekom” MMC şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi çərçivəsində Naxçıvanda 4G şəbəkəsinin quraşdırılmasına start verib.

Yenisabah.az xəbər verir ki, lider mobil operator 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasının bütün ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır.

Xatırladaq ki, ötən ilin avqust ayında Azercell şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə irimiqyaslı layihəyə start verib. Şirkət 2022-ci il ərzində Bakı və Abşeron ərazisində 55, bölgələrdə isə 50 yeni baza stansiyasını quraşdırıb, ölkə üzrə 1050-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quraşdıran lider operator Qarabağda 100-ə yaxın baza stansiyasını istifadəyə verib. Toyuqlu pizza

Qeyd edək ki, layihə çərçivəsində Azercell Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasında təkmilləşdirmə işləri aparmağı planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!