“Azəriqaz” məşhur şirkəti məhkəməyə verdi -   99 999 manatlıq iddia

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz” məşhur şirkəti məhkəməyə verdi - 99 999 manatlıq iddia

Hadisə

01 Yanvar 2020 18:45 1221


Azərbaycanda dövlət qurumu məhşur şirkətə qarşı külli miqdarda borcun ödənilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb.

"Yeni Sabah" xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi 2 saylı Bakı  İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan “As Aqro Co” MMC-nin təbii qazdan istifadəyə görə 99 999 AZN borcu yarandığını bildirib.

“Azəriqaz” bu borcun və məhkəməyə müraciət üçün ödənilən 30 AZN dövlət rüsumunun şirkətdən tutularaq onlara ödənilməsini tələb edib.  pizza mizza

İddia icraata qəbul edilib. 

Qeyd edək ki, “As Aqro Co” MMC tikinti və başqa sahələrdə fəaliyyəti ilə tanınan “AS Group İnvestment” şirkətinin balansındadır. /Qafqazinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!