“Azəriqaz”ın sabiq əməkdaşı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz”ın sabiq əməkdaşı həbs olundu

Kriminal

17 Mart 2022 13:08 523


Qazax rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. 

Qazax rayon prokurorluğundan "Yeni Sabah"a verilən məlumata görə, araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində  pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin  178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Dördpendirli pizza

Hazırda iş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!