“Azərişıq” ASC Bərdənin Mehdili kəndində əsaslı şəkildə yenidənqurma işləri aparır.
Qurumdan Yenisabah.az-a verilən məlumata görə, 320 abonenti olan kənddə yenidənqurma işlərinə başlanılıb. Uzun zaman istismar müddətini keçmiş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranıb. Kənddə elektrik enerji sistemini yenidən qurmaq məqsədi ilə dayaqlar, elektrik veriliş xətləri yenilənir, komplekt tarnsfarmator mətənqələri quraşdırlır. İşlər başa çatdıq sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaqdır.
Həmçinin 1980-cı ildə istifadəyə verilmiş 35/10 kv-luq “Yeni Həyat” yarımstansiyasında da yenidənqurma işləri aparılır. Dominos pizza
Qeyd edək ki, yarımstansiya Yeni Daşkənd, Şatırli, Kürdborakı, Nazırlı, Qazaxlar, Hacılı kəndlərini və bir Hərbi hissəni elektrik enerjisi ilə təchiz edir.
Telegram kanalımız