“Azərişıq” ASC Şuşada beynəlxalq konfrans keçirdi - FOTOLAR

“Azərişıq” ASC Şuşada beynəlxalq konfrans keçirdi - FOTOLAR

Sosial Veb saytların hazırlanması

16 Mart 2023 17:47 775


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Paylayıcı şəbəkələrin rəqəmsallaşdırılmasının dünəni-bugünü-sabahı”adlı beynəlxalq elmi-praktiki konfrans keçirildi. “Azərişıq” ASC-nin mədəniyyət paytaxtımız Şuşada təşkil etdiyi konfransdan öncə tədbir işitirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər. 

Konfransda dövlət qurumlarının rəsmiləri yanaşı, Türkiyə, Almaniya, Belçika, Rusiya, Qırğızıstan və Tatarıstan Respublikasından gələn nümayəndələr iştirak etdilər.  Konfransı giriş sözü ilə açan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 1970-80-ci illərdə elektroenergetika sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar, indi də bu sistemdə və şəbəkələrinin rəqəmsallaşdırılmasında sağlam təməl rolunu oynayır. Prezidentin Şuşa rayonunda  xüsusi nümayəndəsi Aydın Kərimov çıxışı zamanı tədbir iştirakçılarını salamladı və Şuşada keçirilən bu beynəlxalq elmi-praktiki konfransı tarixi hadisə adlandırdı. Daha sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sahəsindəki rolundan bəhs edən sənədli film nümayiş etdirildi. 

Konfrans iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ölkə başçısının xüsusi diqqət və nəzarəti altında aparılan genişmiqyaslı yenidənqurma işləri, elektroenergetika sahəsinin müasir tələblər əsasında qurulması haqqında da geniş məlumat verildi. Qonaqlar arasında yer alan keçmiş mer Oleq Burdaqin maraqlı faktı açıqladı. O bildirdi ki, Sovet dövründə siyasi hakimiyyətdə olan  Heydər Əliyev tərəfindən Narinsk şəhərinin meri təyin edilib. Tədbirin əhəmiyyətinə də toxunan Oleq Budarqin Şuşada keçirilən beynəlxalq konfransı Davos Dünya İqtisadi Forumu ilə müqayisə etdi. 

OLEQ BUDARQİN – “GEIDCO” MƏRKƏZİ ASİYA VƏ ŞƏRQİ AVROPA REGİONAL ŞURASININ SƏDRİ 

SİNXRON: (TƏRCÜMƏ) Bu gün mən çoxlu beynəlxalq konfranslar və forumlarda oluram. Turizm də burada inkişaf edir, amma mənim üçün Şuşa enerji Davosudur, burada gələcəyə baxan, o platformanı, o yeri axtaran çoxlarının maraqları kəsişir. Burada bilik, təcrübə və strategiya birləşdirilə bilər. Azərbaycanın enerji şirkətlərinin rəhbərlərinin səsləndirdiyi hesabatlar, ilk növbədə, Heydər Əliyevin ölkənin istiqamətini düzgün müəyyənləşdirdiyini göstərir. Bu gün buraya gələndə həmkarlarınızın necə işlər gördüyünün şahidi olduq. Sürətli inkişafla bura həm də enerji sektorunda güclü mütəxəssilərin görüş yeri olacaq. 

JAK BUŞE – BELÇİKA BEYNƏLXALQ TƏLİM VƏ ARAŞDIRMALAR İNSTİTUTUNUN EKSPERTİ 

SİNXRON: 8652.(TƏRCÜMƏ) 01.04. ölkədə həyata keçirilmiş bu böyük siyasətin nəticəsini görməkdən məmnunam. Azərbaycanda belə böyük layihələrin həyata keçirildiyi üçün şadam. Şuşa şəhərində olan potensialı görə bilirəm. Burada görülən işlərin enerji potensialı ilə yanaşı, turizm potensialı da çox yüksəkdir.  

SOREN HAAR - “EUROPEAN AFFAIRS CONSULTING GROUP”UN İDARƏ HEYƏTİNİN ÜZVÜ 

SİNXRON: 8654.(TƏRCÜMƏ). Azad olunmuş Şuşa şəhərində olmaqdan məmnunam. Biz gördük ki, burada böyük dağıntılar baş verib. Buna baxmayaraq, qısa zamanda yenidənqurma istiqamətində böyük işlər görülüb. Enerji sektorunda əməkdaşlığın həyata keçirilməsi təqdirəlayiq hadisədir. Bugünki tədbir regionun inkişafına ciddi təsir göstərcək. Ölkə başçısı İlham Əliyevin energetika sahəsinin inkişafına böyük diqqət göstərir. Avropa ölkələri ilə  Azərbaycan arasından bir sıra ciddi memorandumların imzalanması inkişafın nəticələrindəndir. 

ROMAN SAMSONOV – AKADEMİK, RUSİYA TƏBİƏT ELMLƏRİ AKADEMİYASININ MÜXBİR ÜZVÜ 

SİNXRON:(TƏRCÜMƏ) 8656. Şuşada qəhrəman energetiklərlə tanışlıq imkanım oldu. Çətinliklərə baxmayaraq onlar işlərinin öhdəsindən böyük əzmlə gəlirlər. Azərbaycanda, xüsusilə Qarabağda texnolji yeniliklər tətbiq etmək üçün geniş imkanlar var. Konfransın  təşkili sayəsində çox sayda mütəxəsislə tanış olmaq böyük əhəmiyyət kəsb edir. Geniş fikir mübadilələri təcrübəmizin artmasına ciddi rol  göstərəcək. 

MƏTN: Həmçinin konfrans iştirakçılarına “Qarabağ - Yaşıl Enerji zonası” tələblərinin beynəlxalq normalarının müasir texnologiyalar və innovativ həllərlə tətbiqi, elektroenergetika sistemi və şəbəkələrində ekoloji amillərin nəzərə alınması, həyata keçirilən mühüm texniki-iqtisadi tədbirlər haqqında da ətraflı məlumat verildi. Geniş fikir mübadiləsinin aparıldığı tədbirdə işğaldan azad edilmiş ərazilərdə rəqəmsallaşma proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir şəbəkə quruculuğu indikatorlarının müəyyən edilməsi və tətbiqi istiqamətində müştərək metodik vəsaitlər və elmi araşdırmaların hazırlanmasına qərara alındı.

GÜRÇAM BÜLENT – BEYNƏLXALQ DƏRƏCƏLİ ARAŞDIRMAÇI 

SİNXRON: (TÜRKÇƏ) 8670. 01.29. Heydər Əliyevin 100 illiyində mənim üçün ən böyük hədiyyə idi bu. Türk dünyasının müqəddəs şəhəri qəbul etdiyi Şuşada iştirakçıları toplanması, burada belə bir konfransın təşkili və bu insanlar öz ölkələrində, biz bunu danışacağıq. 

MƏTN: Konfransdan sonra Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya təşkil edildi, tədbir iştirakçılarını maraqlandıran suallar təfərrüatı ilə cavablandırıldı.

VALERİ KANDALİNTSEV - "GRID COMPANY" ASC-NİN BAŞ DİREKTORUNUN BAŞ MƏSLƏHƏTÇİSİ 

SİNXRON:(TƏRCÜMƏ) Bir çox ölkələrdən bura nümayəndələr gəlib. Bu konfrans çox əlamətdar hadisə oldu. Mən bunu tarixi konfrans adlandırardım. Biz “Azərişıq”la sıx əməkdaşlıq edirik. Hazırda Tatarıstan Respublikasında şəbəkələrin rəqəmsallaşdırlması ilə bağlı təcrübəmiz var və biz  bu təcrübəni bölüşürük. 

MƏTN: Elektrik şəbəkələrinin rəqəmsallaşdırılması istiqamətində hazırda atılan addımlar və gələcəkdə həyata keçiriləcək islahatların elmi-texniki və iqtisadi aspektlərinin beynəlxalq ekspertlərlə mütəmadi təcrübə mübadiləsinin, iştirakçı ölkələrdə təsdiq edilmiş tematikalar üzrə fikir mübadilələrinin təmin edilməsi haqqında razılıq əldə olundu, “Beynəlxalq energetiklərin Şuşa təşəbbüsü” adlı sənəd hazırlanaraq konfrans iştirakçılarına təqdim edildi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!