“Azərişıq”da 1.5 milyonluq tender oyunu

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq”da 1.5 milyonluq tender oyunu

İqtisadiyyat

08 Avqust 2019 11:35 1191


"Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün bu il iyunun 27-də elan etdiyi açıq tenderin nəticəsi məlum olub. 

“Yeni Sabah” "Report"a istinadla xəbər verir ki, tenderin qalibi "Tikinti Təmir RR” MMC elan edilib. 

Qalib şirkətə əlavə dəyər vergisi daxil olmaqla 1 549 307 manat pul ödəniləcək. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi imzalanıb.  pizza mizza

Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən, nizamnamə kapitalı 10 manat olan "Tikinti Təmir RR” bu il yanvarın 14-də dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Samir Ələmdar oğlu Qasımovdur.  

Cəmi 6 ay bundan yaranmış şirkətə 1.5 milyonluq tenderin verilməsi suallara səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!