“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var

saytların hazırlanması

Evə çatdırılma

“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var

Sosial

28 İyun 2020 23:09 1207


“Bu gün “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var”. 

Yenisabah.az xəbər verir ki, bunu Xəzər TV-də yayımlanan “Birinci Studiya” verilişinə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib. O bildirib ki, borc məsələsinin köklü həlli yoxdur:

“Yenə də yəqin ki, “Azəristiliktəchizat” ilin sonunda dövlətə müraciət edəcək və quruma köməklik göstəriləcək. Bizdə olan məlumata görə, “Azəristiliktəchizat”da istiliyin dəyəri qazın borcunu tam ödəməyə imkan vermir. Yenə borc problemi yaranıb. İlin sonuna bu borcun artacağı istisna deyil”. /Oxu.az Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!