“Azərpoçt”un adından dələduzluq halları var

saytların hazırlanması

Evə çatdırılma

“Azərpoçt”un adından dələduzluq halları var

Sosial

11 Mart 2025 12:37 138


Son zamanlarda müxtəlif xarici nömrələr vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin adından vətəndaşlara mesajlar göndərilərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb. Marqarita pizza

ETX vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!