“Azərsu” rüşvətdə ittiham olunan rəis haqda açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

“Azərsu” rüşvətdə ittiham olunan rəis haqda açıqlama yaydı

Kriminal

21 May 2019 10:27 1151


“Azərsu” ASC korrupsiyada ittiham olunan şəxsin vəzifəyə təyin olunması xəbəri haqda açıqlama yayıb.

Qurumdan “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, “cinayətdə ittiham olunan” məmurun rəis təyin edilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil: “xəbərdə qeyd olunur ki, Mingəçevir Sukanal İdarəsinin keçmiş rəisi Mustafa Kərimov korrupsiyaya görə işdən çıxarılıb. Bu tam yanlış informasiyadır və Mustafa Kərimov öz ərizəsi ilə işdən azad edilib. 

İdarəyə yeni rəis təyin olunan Maarif Məmmədov haqqında şəhər prokurorluğunda araşdırma aparıldığı da yayılmış xəbərdə yer alıb. Məqsədli şəkildə mətbuata ötürülən bu məlumatı dəqiqləşdirmək onu tirajlayan saytlar üçün elə də çətin məsələ deyil. Sadəcə, Mingəçevir şəhər prokurorluğuna sorğu göndərib bu məlumatın nə dərəcədə həqiqət olub-olmadığını öyrənmək mümkün idi”. Toyuqlu pizza

Xatırldaq ki, xəbərdə yeni rəis təyin olunan Məmmədov Maarif Mikayıl oğlunun Mingəçevir Sukanal İdarəsinin rəis müavini işlədiyi zaman “Zərif” Şadlıq Evinin Nəriman adlı sahibindən rüşvət aldığı üçün barəsində şəhər prokurorluğunda araşdırma aparıldığı bildirilirdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!