“Azərsun Holdinq” ətraf mühitin qorunmasına dəstəyi davam etdirir

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq” ətraf mühitin qorunmasına dəstəyi davam etdirir

İqtisadiyyat

27 Avqust 2025 10:09 419


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə növbəti dəfə keçirilən “Tullantıları hədiyyələrə dəyiş” adlı festivalın əsas dəstəkçilərindən biri də “Azərsun Holdinq”dur. Uğurla başa çatan sosial layihənin əsas məqsədi tullantıların qarşısının alınması, təkrar emalın təşviqi, resurslardan səmərəli istifadə və ictimaiyyət arasında ekoloji maarifləndirmənin artırılmasıdır.

Layihə çərçivəsində təkrar emal üçün batareyalar, plastik və şüşə təhvil verən şəhər sakinləri müxtəlif ekoloji hədiyyələrlə mükafatlandırılıb. Cari ildə artıq 5-ci dəfə keçirilən bu təşəbbüs böyük marağa səbəb olub və vətəndaşların fəal iştirakı ilə yadda qalıb.

Festival çərçivəsində uşaqlar üçün əyləncəli və maarifləndirici master-klasslar təşkil olunub, həmçinin iştirakçılara tullantıların düzgün çeşidlənməsi ilə bağlı praktiki biliklər öyrədilib. pizza mizza

“Azərsun Holdinq” olaraq ətraf mühitin mühafizəsinə yönəlmiş bu cür təşəbbüslərə dəstək verməkdən məmnunluq duyuruq. Davamlı inkişafa və ekoloji dəyərlərin qorunmasına verdiyimiz önəmi fəaliyyətimizin ayrılmaz hissəsi hesab edirik və gələcəkdə də bu istiqamətdə atılan addımlara fəal şəkildə qatılmağa davam edəcəyik.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!