“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib - FOTOLAR

Sosial

18 Mart 2025 14:51 165


Daim mediaya yönəlik layihələri ilə seçilən "Azərsun Holdinq” bu dəfə jurnalistləri iftar süfrəsində bir araya gətirib.

Yenisabah.az xəbər verir ki, holdinqin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qonaqları qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edərək şirkətin Milli Mətbuatın 150 illiyi münasibətilə silsilə layihələrə davam edəcəyini bildirib.

Günümüzdə ictimai rəyin formalaşmasında medianın rolunun danılmaz olduğunu qeyd edən şöbə müdiri özəl sektorda da media ilə əlaqələrin tənzimlənməsinin önəmli və vacib olduğunu bildirib. Sezar pizza

Xatırladaq ki, bir müddət öncə şirkət “Milli Mətbuat – 150 il” təqvim dəsti çərçivəsində millimetbuat150.azersun.com saytını ictimaiyyətə təqdim edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!