“Azərsun Holdinq”in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq”in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib

Sosial

18 Mart 2025 17:05 188


“Azərsun Holdinq”in təşəbbüsü ilə Azərbaycanda ilk dəfə gənclər arasında marketinq müsabiqəsi təşkil olunub. Unikal təcrübə qazandıran “Brand Boom” layihəsinin məqsədi tələbələrə məhsul yeniliyi təklifi vermək, onun marketinq mərhələlərini hazırlamaq və ən əsası, komandada iş bacarıqlarını inkişaf etdirməkdir. Bu müsabiqə eyni zamanda gənclərə innovativ düşünmə, marketinq strategiyalarını hazırlama və real layihələrlə işləmək imkanı yaradıb. Ölkəmizdə ilk dəfə təşkil olunan “Brand Boom” böyük marağa səbəb olub. 

Beş mərhələdən ibarət olan layihədə tələbələr öz yenilikçi ideyalarını təqdim edib, növbəti mərhələdə layihələrinə dəstək olacaq peşəkarlarla görüş keçiriblər. Sonda isə hazır olan layihələrin təqdimatı olub və qalib komanda müəyyən edilib. Müsabiqə nəticəsində ilk yeri “TrueMUN”, ikinci yeri “BuzzMasters”, üçüncü yeri  “R.A.R Crew” və “Chill Group” komandaları, özəl jüri mükafatını isə “SPARK” qazanıb

Qeyd edək ki, layihə “Azərsun Holdinq”in “Feel True”, “Coolmix” “Pure Sense” markaları ilə birgə ərsəyə gətirilib. Pepperoni pizza

Gənclərin marketinq sahəsində geniş təcrübə əldə etməsini hədəfləyən “Brand Boom” layihəsi ilə bağlı ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz.

Brandboom | Tələbə Marketinq Müsabiqəsinin Detalları

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!