“Azərxalça”nın yarım milyona yaxın borcu var

saytların hazırlanması

Evə çatdırılma

“Azərxalça”nın yarım milyona yaxın borcu var

İqtisadiyyat

07 Avqust 2019 18:55 907


 “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi müflis elan olunması, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət edib. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onun ərizəsini geri qaytarıb.

“Azərxalça” iddia ərizəsində 405 min manat borcu olduğunu göstərib. Bunun da təxminən 17 min manatı vergi, 72 mini isə sosial sığorta ödənişi borcudur. Qalan hissəsinin isə müxtəlif banklardan götürülmüş kredit borcları olduğu bildirilir.

Lakin iddia ərizəsində hansı banka nə qədər kredit borcu olması konkret göstərilməyib. Dominos pizza

Avqustun 7-də məhkəmə qərar verib ki, iddia ərizəsi qanunun tələblərinə uyğun tərtib olunmayıb, bu üzdən geri qaytarılır.

Bizimyol.info

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!