AzTU-da Novruz şənliyi təşkil olunub

saytların hazırlanması

Evə çatdırılma

AzTU-da Novruz şənliyi təşkil olunub

Sosial

13 Mart 2019 14:55 844


Azərbaycan Texniki Universitetində (AzTU) Novruz şənliyi keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, şənliyi giriş sözü ilə açan universitetin rektor əvəzi, professor Xalıq Yahudov bu gözəl bayram münasibəti ilə universitet kolektivini və tələbələri Novruz bayramı münasibəti ilə təbrik edib. Son illər ölkəmizdə yüksəkixtisaslı mühəndis kadrların inkişafından söz açan rektor əvəzi, tələbələrə karyeralarında və həyatlarında uğur arzulayıb.

Təbrik çıxışından sonra professor Xalıq Yahudov universitetin həyətində qalanan Novruz tonqalını alovlandırıb. Pepperoni pizza

Şənlikdə tanınmış müğənnilərin ifasında mahnılar səslənib  və  AzTU-nun yaradıcı tələbələri müxtəlif səhnəciklər nümayiş etdirərək mahnı oxuyub, rəqs ediblər. Tələbələrin ifasında “Kosa”,  “Keçəl”,  “Bahar qızı” obrazları şənliyi daha da möhtəşəm edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!