AzTV-yə mətbuat katibi təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

AzTV-yə mətbuat katibi təyin olundu

Sosial

12 Mart 2019 12:04 852


Xəbər verdiyimiz kimi, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatlarının tərkib hissəsi kimi Mətbuat xidməti ləğv edilərək, əvəzində Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Artıq yeni yaradılan şöbəyə təyinat da olub. Bu vəzifəyə jurnalist Mübariz Aslanov gətirilib. M.Aslanov bu gündən AzTV-nin mətbuat katibi vəzifəsinin icrasına başlayıb.

AzTV-nin baş redaktoru Azər Qismət  faktı təsdiqləyib. Marqarita pizza

Qeyd edək ki, M.Aslanov əvvəllər "Azadinform", APA və "Report" agentliklərində fəaliyyət göstərib. 

Mübariz Zakir oğlu Aslanov 1982-ci il martın 10-da Beyləqan rayonu İkinci Aşıqlı kəndində anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psioxologiya fakültəsində oxuyub, magistr dərəcəsi alıb. 

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!