Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib.
“Yeni Sabah” xəbər verir ki,Atatürk prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.
Tədbir zamanı Nərimanov rayonu Həsən Əliyüv və Azadlıq prospektinin kəsişməsində yerləşən köşkdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı aşkar edilib.Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb, onlara xəbərdarlıq olunub. pizza hut
Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib.
Telegram kanalımız