Baba bir turp əkdi... – Video

saytların hazırlanması

Evə çatdırılma

Baba bir turp əkdi... – Video

Rəsmi

21 Fevral 2020 14:45 852


Cəlilabad rayonunda fərdi təsərrüfatda digər turplardan dəfələrlə böyük turp yetişib. Baku TV xəbər verir ki, maraqlı hadisə rayonun Uzuntəpə kənd sakini Natiq Mirzəyevin təsərrüfatında baş verib. O, bir müddət əvvəl bazardan adi turp toxumları alaraq, həyətyanı sahəsində əkib. El arasında "40 günlük" turp növü kimi tanınan bu tərəvəzin yığım vaxtı təsərrüfat sahibi gördüklərinə çox təəccüblənib. Bunun ardınca əkdiyi tərəvəzlərə diqqət yetirdikdə, N.Mirzəyev onlar arasında daha bir neçə iri turpun olduğunu görüb. Tərəvəzin becərildiyi ərazi münbit olduğu üçün onlara hər hansı gübrə verilməyib. İri turpun çəkisi 3 kq 200 qram, diametri isə 38 sm-dir. Təsərrüfatında ilk dəfə belə bir qeyri-adi hadisə ilə qarşılaşdığını deyən N.Mirzəyev hələlik yığmadığı digər iri turplardan toxum götürməklə gələcəkdə onları daha da çoxaltmağı düşünür. http://baku.tv/embed/14732
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!