Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

saytların hazırlanması

Evə çatdırılma

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

İqtisadiyyat

02 Sentyabr 2025 16:20 995


“Azərenerji”nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium şirkəti açıb. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb. 

O, bildirib ki, Fərid Fərhadzadə bu ilin martında ad gününə özəl olaraq Londonda ALUFAR UK LIMITED şirkətini qeydiyyatdan keçirib. Sənədlərə görə şirkətin direktoru Vüqar Axundov adlı şəxsdir, benefissiarı isə Fərid Fərhadzadədir.  Marqarita pizza

O, yeni şirkətini Londonda İsrail vətəndaşı kimi təsis edib.

Şirkətə 25120 fəaliyyət kodu– metal qapı və pəncərə istehsalı lisenziyası verilib. Bu sahə əsasən müxtəlif növ metal materiallardan (məsələn, alüminium, polad, dəmir və s.) qapı, pəncərə və onların çərçivələrinin istehsalı ilə məşğul olan müəssisələri əhatə edir.

Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Fərhadovun oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!