Ermənistan Milli Məclisinin müxalifətçi deputatı Lilit Qalstyan qondarma rejimin “təhlükəsizlik şurası katibi” Samvel Babayanla bağlı prokurorluğa ərizə təqdim edib.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, onun iddiasına görə, S. Babayanın hərəkətləri cinayət xarakterlidir:
“Samvel Babayan kimin adından, hansı mandatla, səlahiyyətlərlə və hansı məzmunla Bakı ilə danışıqlar aparıb? Hansı razılaşmalar əldə olunub? Mən prokurorluqda bu barədə cinayət işinin açılmasını tələb edirəm”. pizza
Deputatın bəyanatından sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsi məsələ ilə bağlı açıqlama yayımlayıb. Məlumatda bildirilib ki, Babayan tərəfindən heç bir qanun pozulmayıb, separatçı rejimin ovaxtkı rəhbəri Araik Arutyunyan Babayanın fəaliyyətindən xəbərdar olub, ona görə də bu işdə cinayət tərkibi yoxdur.
Telegram kanalımız