Bacısının 30 yaşlı sevgilisini tapdı və...

saytların hazırlanması

Evə çatdırılma

Bacısının 30 yaşlı sevgilisini tapdı və...

Kriminal

26 May 2019 13:31 1566


3 gün əvvəl Bakıda törədilmiş dəhşətli qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Nəsimi rayonu ərazisində binanın zirzəmisindən meyiti tapılan 30 yaşlı Orxan Əliyevin namus üstündə öldürüldüyü məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən 42 yaşlı Mehrac Qəhrəmanov bir neçə gün əvvəl həbsxanadan çıxıb. əvvəllər də bir neçə dəfə məhkumluğu olan Mehrac azadlığa çıxandan sonra bacısının hərəkətlərindən şübhələnib. O, bacısının telefonunda Orxanla yazışmalarını tapıb və onu axtarmağa başlayıb. Bakının mərkəzində Orxanla görüşən Mehrac onunla dalaşıb və döyərək xəsarətlər yetirib. Bacısının sevgilisini öldürən şəxs onun meyitini Nəsimi bazarı kimi tanınan ticarət mərkəzinin yaxınlığındakı binalardan birinin zirzəmisinə ataraq uzaqlaşıb. pizza sifarişi

Artıq hadisəni törədən şəxs tutulub, faktla bağlı araşdırmalar davam etdirilir.

Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!