Bakının Səbail rayonunda yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə bu gün saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Bu barədə Yenisabah.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır. Marqarita pizza
Səbail rayonunun Badamdar qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Telegram kanalımız