Badamdarda 4 narkotacir saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Badamdarda 4 narkotacir saxlanıldı

Kriminal

28 Oktyabr 2022 11:57 876


Badamdar qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, oktyabr ayında Səbail rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumən 20 nəfər tutularaq istintaqa təqdim edilib

Son tədbir zamanı narkotik maddələrin satışını həyata keçirən 4 nəfər – Aqil Əliyev, Səkinə Məmmədova, Rza Əliyev və Yasin Fərmanoğlu tutulublar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotikləri Səbail rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. pizza sifarişi

Faktlarla bağlı toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!