Badamdardakı sürüşmə ilə bağlı daha bir qurumdan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Badamdardakı sürüşmə ilə bağlı daha bir qurumdan AÇIQLAMA

Hadisə

09 Yanvar 2020 10:16 918


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSMX) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları bu gün paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə ərazinə baxış keçiriblər. 

RSXM-dən "Yeni Sabah"a daxil olan məlumata görə, baxış zamanı sürüşmə nəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdara gedən yolu tamamilə kəsməsi müşahidə olunub:

"Qeyd edək ki, həmin ərazidə 2018-ci ilin oktyabr ayında sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri ərazidə monitorinqlər aparmışdır. Həmin monitorinqin nəticəsi olaraq, ərazidə ciddi işlərin görülməsinin vacibliyi vurğulanmışdır".  Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!