“Badamlı” və “Sirab”ın qiyməti artıb?

saytların hazırlanması

Evə çatdırılma

“Badamlı” və “Sirab”ın qiyməti artıb?

Sosial

06 Mart 2025 10:55 1347


Sosial şəbəkələrdə yayılan məlumata görə, mağazalarda “Sirab” və “Badamlı” adı ilə satılan mineral suların qiymətində artım olub. İddialara əsasən, hər iki məhsulun qiyməti 20 faiz bahalaşıb.

Yenisabah.az bir neçə marketdən “Sirab” və “Badamlı” sularının qiymətlərini öyrənib.

Məlum olub ki, hazırda satışda təklif olunan eyni ölçüyə malik (0.5 litr) “Sirab” markalı suyun qazsızı 60 qəpik, qazlı olanı isə 70 qəpiyə təklif olunur. pizza

Bir çox marketlərin onlayn satış saytlarında isə həmin sular daha öncə 50 qəpiyə satılırdı. Sözügedən 20 faizlik qiymət artımı “Badamlı” sularında da özünü göstərməkdədir. Satışda “Badamlı”nın (0.5 litr) plastik qazlı və plsatik qapda olanı 50 qəpiyə, 1 litri isə 80 qəpiyə təklif edilir.

Hazırda satışda “Sirab” suyunun 0.5 litrlik şüşə qablaşdırmasının qiyməti 1 manat 30 qəpik (qazlı və qazsız), 1 litrlik plastik qablaşdırılması isə 1 manata (qazlı) (qazsız isə 90 qəpik) satılır. 

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!