“Badri 313“ xüsusisi təyinatlıları ABŞ silahlarını necə əldə edib?

saytların hazırlanması

Evə çatdırılma

“Badri 313“ xüsusisi təyinatlıları ABŞ silahlarını necə əldə edib?

Dünya

22 Avqust 2021 09:23 1420


"Taliban" hərəkatının "Badri 313" xüsusi təyinatlılarına dair video ekspertlər arasında mübahislər doğurub.

Yenisabah.az "Business Insider"ə istinadla xəbər verir ki, xüsusi təyinatlılar ABŞ silah-sursatı ilə təchiz olunublar.

Videodan göründüyü kimi, Kabildə "Badri 313" xüsusi missiyanı yerinə yetirir. Pepperoni pizza

Onlar M4 və M16 avtomatları, gecə görmə kameraları olan dəbilqə, güllə keçirməyən jilet və s. ilə yerli geyim və "Kalaşnikov"la silahlanmış "Taliban"çılardan fərqlənirlər.

"Taliban"ın Əfqanıstan ordusunun silahlarını müsadirə etdiyi iddiası var.

2002-2017-ci illər arasında ABŞ Əfqanıstan qüvvələrinə təxminən 28 milyon dollarlıq silah verib. Adının açıqlanmasını istəməyən bir ABŞ rəsmisi "Reuters"ə verdiyi açıqlamada "Bütün cəhbəxana indi "Taliban"ın əlindədir", - deyib.

Xüsusi təyinatlılara gəlincə, onların Pakistan kəşfiyyatının (ISI) nəzdində yaradılması barədə iddialar var.

Bundan başqa, "Taliban" komandoslarının yalnız Xəlil Haqqaniyə tabe olduğu deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!