Bağdadda dəhşətli partlayış: 25 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Bağdadda dəhşətli partlayış: 25 nəfər öldü

Dünya

19 İyul 2021 23:05 985


İraqın paytaxtı Bağdad şəhərində bazarda güclü partlayış baş verib.

“Yeni Sabah” xəbər verir ki, partlayış nəticəsində 25 nəfər həlak olub, 47 nəfər isə xəsarət alıb. Məlumata əsasən, partlayış əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində olub.

Yerli hakimiyyət orqanları partlayışı terror aktı kimi dəyərləndirib. Bildirilir ki, ölənlər arasında qadınlar və uşaqlar da var. pizza

Ölkənin baş naziri Mustafa əl-Kazımi insidentin təcili araşdırılması barədə tapşırıq verib. Bundan əlavə, baş nazirin tapşırığı ilə partlayışın baş verdiyi rayonun federal polis qüvvələrinin komandanlarından biri həbs edilib.

Partlayışa görə məsuliyyəti hələki heç bir terror qruplaşması öz üzərinə götürməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!