“Bağışla ana, yaxşı övlad olmadım” - Aktrisa

saytların hazırlanması

Evə çatdırılma

“Bağışla ana, yaxşı övlad olmadım” - Aktrisa

Şou

16 Noyabr 2023 10:26 728


Əməkdar artist Kəmalə Müzəffər sosial şəbəkədə paylaşımı ilə diqqəti özünə çəkdirib.

Yenisabah.az xəbər verir ki, aktrisa anasının həyatı barədə yazaraq ona yaxşı övlad olmadığını bildirib:

"O, doğulanda ulduzu sönmüşdü. 40 günlük olanda atası müharibəyə (1941-1945) getdi. Qara xəbəri gələndən bir az sonra anasından ayırıb, babasına (atasının atasına) verdilər. Anası isə onun 7 yaşı olarkən sətəlcəmdən dünyasını dəyişdi. Babası öləndən sonra nənəsi baxdı.18 yaşı olanda nənəsi də dünyasını dəyişdi. Nənəsinin himayəsində olan zamanı həyatının qızıl dövrü adlandırırdı. Sonra əmisi arvadının himayəsində oldu. 22 yaşında atamla evləndi. Atam qısqanc və olmazlarla dolu biridir. Mən də yaxşı övlad olmadım ona. Bütün yeməkləri şəhanə bişirirdi, amma dovğası üçün çox darıxmışam. Ömrümün sonuna qədər səndən bir xahişim olacaq. Məni bağışla ana". Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!